Tramp 20 il həbs cəzası ala bilər

Tramp 20 il həbs cəzası ala bilər

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci il ABŞ prezident seçkilərində Co Baydenə məğlub olarkən seçki nəticələrini saxtalaşdırmaq planında ittiham olunur. SİA BBC-yə istinadən xəbər verir ki, o, ABŞ xalqını aldatmaq üçün sui-qəsd, şahidə müdaxilə və vətəndaşların hüquqlarına qarşı hərəkətlər daxil olmaqla dörd maddədə ittiham olunur. Tramp sabah Vaşinqtonda məhkəmə qarşısına çıxmalıdır

İttihamnamədə Trampın seçkilərin nəticələrini ləğv etmək üçün qanunsuz səylərini həyata keçirməsinə kömək etdiyi iddia edilən, adı açıqlanmayan altı sui-qəsdçinin siyahısı var.

Tramp artıq iki başqa günahlarda da - məxfi sənədlərlə düzgün işləmək və porno ulduza pul verib onu susdurmaq cəhdlərini ört-basdır etmək üçün biznes qeydlərini saxtalaşdırmaqda ittiham olunub.

Trampın üzləşdiyi əsas ittihamlardan bəziləri maksimum 20 il həbs cəzasını nəzərdə tutur.

Birinci ittiham, ABŞ xalqını aldatmaq üçün qəsdən törədilmiş əmələ görə maksimum beş il, digər iki ittiham - rəsmi icraata mane olmaq üçün qəsdən törədilmiş əməl və rəsmi məhkəmə prosesinin qarşısını almaq üçün hərəkətə görə maksimum 20 il həbs cəzası ala bilər.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə