Bryanskda küçə təmizləyicisi (dvornik) ona yaxınlıqdan imtina edən qadını öldürüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin Altay Bölgəsi üzrə istintaq orqanlarının xəbərinə görə, cinayətkar artıq müəyyən edilərək tutulub. Hazırda cinayət işi başlanıb.
İstintaqın məlumatına görə, 2023-cü ilin iyununda küçə təmizləyicisinin qadın dostu ona baş çəkib. Bu vaxt “dvornik”, ona yaxınlıq təklif edib, lakin qonaq bunu rədd edib.
Nəticədə münaqişə baş verib və bu zaman şübhəli şəxs qadın dostunu boğub, daha sonra onun cəsədini boş yerə apararaq basdırıb.
Yaxınları, polis və könüllülər qadını...demək olar ki, bir ay axtarıblar.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində polis qatili yaxalayaraq nəzarətə almağa müvəffəq olub. Nəhayət küçə təmizləyicisi meyiti harada gizlətdiyini bildirib.
Hazırda müstəntiqlər iş üzrə sübutlar toplayırlar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB