Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ərazisinə yeni zərbələrin hazırlandığını açıqlayıb. SİA xəbər verir ki, o, bu barədə "Telegram" kanalında videomüraciətində deyib.
Dövlət başçısının sözlərinə görə, o, müdafiə və təhlükəsizlik qüvvələri nümayəndələrinin məruzələrini dinləyib. Ayrı bir ətraflı hesabatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov verib.
Zelenski Ukrayna tərəfinin hərəkətlərinin nəticələrinin ciddi və hiss oluna biləcəyi ilə hədələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB