ABŞ-ın Kişinyovdakı səfirliyi 2019-cu ildə imzalanmış müqavilə çərçivəsində Moldovaya hərbi yardım partiyasının çatdırıldığını açıqlayıb. SİA TASS-a istinadən xəbər verir ki, səfirliyin feysbuk hesabında bildirilir: "ABŞ-ın Moldova Milli Ordusuna göndərdiyi hərbi texnikanın çatdırılması baş tutacaq”.
Bildirilir ki, texnika hava yolu ilə Moldovaya gələcək və ölkənin müdafiə qabiliyyətini artıracaq.
Səfirliyin məlumatına görə, son bir neçə onillikdə ABŞ Moldova hökumətinin tələbi ilə təxminən 123 milyon dollar dəyərində hərbi yardım göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB