Keçmiş ukraynalı futzalçı müharibədə öldü

Keçmiş ukraynalı futzalçı müharibədə öldü

Ruslara qarşı müharibədə keçmiş ukraynalı futzalçı Eleonora Maltseva həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ukrayna İdman Komitəsi yayıb.

Deyilənlərə görə, əvvəllər Kiyev vilayətinin Kotsyubinskinin qadınlardan ibarət “Beliçanka” klubunda oynayan qadın, eyni zamanda Ukrayna millisində də çıxış edib. Rusların Eleonoranın həyatına iyulun 31-də son qoyduqları deyilir.

Cəsur xasiyyətli 34 yaşılı qadın Ukraynanın qorxmaz müdafiəçilərindən biri olub. Gülərüz və pozitiv insan kimi yaddaşlarda qalacaq qadının Timotey adlı oğlu qalıb.

Qeyd edilir ki, Eleonora son doğum günündə Facebook səhifəsində uşaqlığının və gəncliyinin 17 ilinin səkkizini peşəkar idmana, daha 17 ilini isə Ukrayna Silahlı Qüvvələrinə həsr etdiyini yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə