Bu arada Çeçenistan lideri Ramzan Kadırov “Kadırovçu”ların ukraynalı müdafiəçilərə qarşı qəhrəmancasına döyüşdüyü iddia edilən növbəti təbliğat videosu nümayiş etdirib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, videoda “Kadırovçu”ların atıcı silahlardan və qumbaraatanlardan zərbələri endirdiyi göstərilir.
Ramzan videoya əlavə kimi, döyüşçülərinin bu zərbələri Xarkov vilayətinin Sotnitski Kazaçok qəsəbəsi ərazisində Ukrayna qüvvələrinə endirdiklərini bəyan edir.
Amma Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanlığının Strateji Kommunikasiyalar Departamenti görüntülərin Ukrayna ilə heç bir əlaqəsinin olmadığını iddia edir. Məsələ bundadır ki, videodakı “Kadırovçu”nun kol üzərində çox cəsarətli hücum nümayiş etdirməsi hadisəsi Rusiya Federasiyasında, dəqiq desək Belqorod vilayəti ərazisində, sərhəddən xeyli uzaqda lentə alınıb.
Qeyd edilir ki, bunu OSINT texnologiyaları da təsdiq edir.
Yeri gəlmişkən, Belqorod vilayətindən olan video heç də “Kadırovçu”ların iştirak etdiyi iddia edilən “döyüşlərin” ilk saxta videosu deyil. Bundan ruslar demiş “navalam”dır.
Məhz elə bu saxtakarlıqlarına görə də “Kadırovçu”ların bölməsinə “tik-tok qoşunları” ləqəbi verilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB