Səudiyyənin Danimarkadan tələbi...

Səudiyyənin Danimarkadan tələbi...

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud Danimarkanın xarici işlər naziri Lars Rasmussenlə telefon danışığında ifrat sağçı fəalların Quranı yandırdığı hərəkətləri pisləyib və Danimarka hakimiyyətini bu cür hadisələrin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Əl-Ərəbiyyə hesabat verir.

Səudiyyəli nazir “dünyada müsəlmanları təxribata salan bu cür ekstremist fəaliyyətlərə son qoymaq üçün təcili tədbirlər görməyə” çağırıb. O əlavə edib ki, “ekstremistlər nifrət yaratmaq üçün söz azadlığından istifadə edirlər”.

Qeyd edək ki, Danimarkada son həftələrdə ifrat sağçı millətçilərin iştirakı ilə müsəlmanlar üçün müqəddəs olan kitabı açıq şəkildə yandıran çoxsaylı aksiyalar keçirilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə