"Pilotsuz dəniz təyyarələrimiz rus gəmilərini məhv etməyə qadirdi"
Ukrayna dəniz pilotsuz təyyarələri öz gücünə görə Qara dənizdə yerləşən Rusiya donanmasının istənilən gəmisini məhv etmək və ya əhəmiyyətli dərəcədə zədələmək iqtidarındadır.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna-Odessa media mərkəzində keçirdiyi brifinqdə hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan 1-ci rütbəli kapitan Andrey Rıjenko bildirib.
Qeyd edək ki, bu gün Rusiya Federasiyası Müdafiə Nazirliyi Ukraynanın pilotsuz katerlərinin Rusiyanın cənub-qərb hissəsində yerləşən “Sergey Kotov” və “Vasili Bıkov” patrul gəmilərinə hücum etdiyi barədə məlumat yaymışdı.
Bu məsələyə münasibər bildirən ukraynalı mütəxəssis, hücumun necə başa çatdığı barədə hələ ki, dəqiq məlumat olmadığını bildirib.
...Amma göyərtəsində 300 kq partlayıcı olan belə bir pilotsuz dəniz təyyarəsinin “Vasili Bıkov” kimi gəmiyə dəyəcəyi təqdirdə, təbii ki, rus gəmisinin məhv olacağını da istisna etməyib.
Yeri gəlmişkən, Rıjenko rusların həm lövbər salarkən, həm də hərəkət zamanı dronlara qarşı müəyyən imkanlarını artırdığını da bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB