BMT Moskvaya pilotsuz təyyarə hücumlarını dayandırmağa çağırıb

BMT Moskvaya pilotsuz təyyarə hücumlarını dayandırmağa çağırıb

Pilotsuz uçuş aparatlarının hücumları dayandırılmalıdır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.

“Bizim birinci əldən məlumatımız yoxdur, lakin biz mülki hədəflərə, harada baş verməsindən asılı olmayaraq, hər hansı hücumun əleyhinəyik. Əgər bunlar Moskvadakı mülki tikililərdirsə, o zaman biz hücumlara qarşıyıq və onların dayandırılmasını istəyirik”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə