Buna görə polyaklar Lukaşenkoya “sağ ol” deməlidirlər..?

Buna görə polyaklar Lukaşenkoya “sağ ol” deməlidirlər..?

Belarus lideri Aleksandr Lukaşenko çərşənbə axşamı Belarusdakı “Vaqner” PMC muzdlularının ona Polşaya "ekskursiyaya getmək" planları barədə danışdıqları sözləri indi zarafat adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Belarusun qərbindəki Brest vilayətində şıxış edən Lukaşenko, vaqneritlərin öz aralarında “Jeşova ekskursiyaya gedirik” pıçıldadıqlarını zarafat etdiyini desə də, amma sonradan çiddi hal alaraq, vaqnerçilərin həqiqətən də Polşaya hücum edə biləcəyinə əminliyini ifadə edib.

Belarus liderinin dediyinə görə, onları bu fikirdən Minsk, daha dəqiq desək Lukaşenkonun özü daşındırıb.

Ona görə də, Polşa hakimiyyəti, Lukaşenkoya bu əməlinə görə təşəkkür etməlidir.

...Dua etsinlər ki, biz onları saxlayıb, birtəhər təmin edirik. Yoxsa, biz olmasaq, onlar Jeşova, lap elə Varşavaya girərlər. Ona görə də məni qınamağa ehtiyac yoxdur, polyaklar buna görə ancaq “sağ ol”desinlər.

Qeyd edək ki, Belarus lideri bildirib bunu.

Onu da qeyd edək ki, Lukaşenko, Polşanın baş naziri Mateuş Moravetskinin Polşa və Litva sərhədlərinə, “Suvalki dəhlizi” adlanan əraziyə 100-dən çox muzdlu əsgərin yerləşdirildiyi və onların təxribatlar hazırlaması ilə bağlı son bəyanatına da münasibət bildirib.

Belarus liderinin dediyinə görə, 100 nəfərlik “Vaqner” PMC-lərinin heç bir dəstəsi buraya köçməyib. Və əgər onlar köçsəydilər, ancaq döyüş təcrübəsini Brest və Qrodnoda cəmləşmiş briqadalara ötürmək üçün köçə bilərlər.

Lukaşenkonun sözlərinə görə, muzdlular belarus hərbçilərini pulsuz öyrədirlər.

“...Belarusun mərkəzində, Osipoviçinin yaxınlığında olan bu uşaqlar (vaqnerçiləri deyir) heç yerə getmək istəmirlər. Onlar əmrləri yerinə yetirməyə öyrəşiblər” deyən Lukaşenko, Belarusda yerləşdirilməsi planlaşdırılan Rusiya nüvə silahlarının yarıdan çoxu artıq ölkəyə gətirildiyini də bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə