Bu gün Türkiyənin Konya əyalətində beş bal gücündə zəlzələ olub.
SİA-nın əldə etdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 18:06-da Selçuklu rayonunda baş verib. Yeraltı təkanların episentri yer səthindən 7,24 kilometr dərinlikdə yerləşib.
Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altayın sözlərinə görə, dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb, ərazidə araşdırmalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB