Boz kateqoriyada axtarışda olan terrorçu zərərsizləşdirilib

Boz kateqoriyada axtarışda olan terrorçu zərərsizləşdirilib

Türkiyədə boz kateqoriyada axtarışda olan kod adı "Ardem Ararat" olan Sultan Oruç adlı terrorçu zərərsizləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya bildirib.

Nazir Yerlikaya sosial media hesabından etdiyi paylaşımda jandarma komando birliklərinin qətiyyətli təqibi nəticəsində Bitlis vilayətinin Hizan qəsəbəsi çöl bölgəsində bu gün terrorçularla yaxın təmas qurulduğunu bildirib.

Nazir Yerlikaya Terrordan Axtarılanlar siyahısında boz kateqoriyada olan "Ardem Ararat" kod adlı Sultan Oruçun qarşıdurma zamanı zərərsizləşdirildiyini qeyd edib.

Nazir “Mina və təxribat təlimi aldığı aşkarlanan terrorçunun iştirak etdiyi terror aktlarında 4 jandarmımızın şəhid olduğu, 2 jandamamızın yaralandığı müəyyən edilib” ifadələrindən istifadə edib.

Nazir Yerlikaya deyib:

"Şəhidlərimizin qanı yerdə qalmasın deyə xainlərin nəfəs almasına icazə verməyəcəyik. Terror bitənə qədər mübarizəmiz davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə