Qazaxıstan onu ABŞ-a yox, Rusiyaya təhvil verəcək...

Qazaxıstan onu ABŞ-a yox, Rusiyaya təhvil verəcək...

Qazaxıstan məhkəməsi Vaşinqtonun tələbi ilə saxlanılan Rusiya vətəndaşı Nikita Kislitsinin ABŞ-a təhvil verilməməsi, əvəzində Rusiyaya təhvil verilməsi barədə qərar qəbul edib, SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti Rusiyanın Alma-Atadakı Baş Konsulluğuna istinadən xəbər verir.

Qeyd edək ki, Nikita Kislitsin F.A.C.C.T.-nin (keçmiş Group-IB...informasiya təhlükəsizliyi sahəsində beynəlxalq şirkət-A.B.) şöbə müdiridir, kibercinayətkarlığa qarşı proqram təminatı hazırlayır.

Xatırladaq ki, iyun ayında o, ABŞ-ın təşəbbüsü və İnterpolun sorğusu ilə Alma-Ata hava limanında saxlanılıb.

“...Məhkəmə qərarı ilə Kislitsin Rusiyanın tələbi ilə 12 ay müddətinə ekstradisiya həbsinə məruz qalıb, ABŞ-a ekstradisiya olmayacaq”, - Rusiya diplomatik departamenti bildirib.

Yei gəlmişkən Kislitsin F.A.C.C.T.-də mürəkkəb kiberhücumlara qarşı kompleks mübarizə üçün həllərin işlənib hazırlanması şöbəsinə rəhbərlik edir. 2020-ci ildə ABŞ Ədliyyə Departamenti Kislitsini rus haker Yevgeni Nikulinin (o, LinkedIn, Dropbox və Formspring-i sındırmaqda ittiham olunurdu) işində şübhəlilərdən biri olduğunu bildirdi.

Bu il iyunun sonunda o Rusiyada da qanunla qorunan kompüter məlumatlarına qanunsuz daxil olmaqda şübhəli bilinərək axtarışa verilmişdi.

Ağasəf Babayev

.

Bütün xəbərlər Facebook səhifəmizdə