...Təkcə son bir gündə Rusiyada hərbi komissarlığı yandırmağa ən azı ondan artıq cəhd edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hərbi komissarlıqları yandırmaq cəhdləri müxtəlif şəhərlərdə: Sankt-Peterburq, Kazan, Omsk, Kaluqa, Mojaysk, Podolsk, Verxneuralsk (Çelyabinsk vilayəti), Rossoş (Voronej vilayəti), Volsk (Saratov vilayəti) və Kopeyskdə (Çelyabinsk vilayəti) qeydə alınıb.
Qeyd edək ki, bu barədə “Baza”, “Sota” və “Astra” teleqram kanalları məlumat yayıb.
“Baza” xəbər verir ki, onların hamısı telefon fırıldaqçıları tərəfindən buna məcbur edildiyini bildiriblər. Əksər hallarda yanğına cəhdlər qadınlar tərəfindən törədilib. Maraqlıdır ki, onların heç biri siyasi tələblərdən danışmayıblar. Belə ki, Kopeyskdə avqustun 1-nə keçən gecə Çelyabinsk metal konstruksiyaları zavodunun 54 yaşlı işçisi hərbi komissarlığa “Molotov kokteyli” atıb.
Verxneuralsk və Mojayskda hərbi komissarlığı yandırmağa cəhd edən yerli sakinlər saxlanılıb. Kaluqa və Kazanda 78 yaşlı və 62 yaşlı təqaüdçü hərbi komissarlığı yandırmağa cəhd ediblər.
Rusların yazdığına görə, bu da sənə ziyalı...
Deməli, Voronej vilayətində tarix müəllimi “Molotov kokteyli” ilə saxlanılıb. Müəllim iddia edib ki, fırıldaqçılar özlərini Mərkəzi Bankın işçiləri kimi təqdim edərək, onun adına kredit götürməyə çalışdıqlarını, sonra isə onu hərbi komissarlığı yandırmağa razı salıblar.
Maraqlıdır ki, analoji şəraitdə ilhaq edilmiş Krımda rus dili müəllimi saxlanılıb. Belə ki, Feodosiya sakini “kurator”dan hərbi komissarlığı yandırmaq barədə göstəriş aldığını iddia edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB