Macarıstanda İsveçin NATO-ya üzvlüyünü təsqidləməsi təxirə salındı

Macarıstanda İsveçin NATO-ya üzvlüyünü təsqidləməsi təxirə salındı

Macarıstanda müxalifətin təşəbbüsü ilə İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün parlamentin növbədənkənar iclasında çoxluq əldə olunmadığından səsvermə baş tuta bilməyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hakim partiyanın millət vəkilləri İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün müxalifət partiyası millət vəkillərinin keçirdiyi növbədənkənar parlament iclasına etiraz edərək iclasa qatılmayıblar.

Parlamentdə üçdə iki səs çoxluğuna malik olan hakim partiya üzvlərinin iclasa qatılmamasından sonra İsveçin NATO-da iştirakının təsdiqi ilə bağlı səsvermə təxirə salınıb.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Szijjarto iyulun 11-də bildirib ki, İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi hazırda “sadəcə texniki məsələdir”.

Macarıstan iyunun 28-də İsveçin NATO üzvlüyünə dair ratifikasiya sessiyasının payıza təxirə salındığını elan edib.

Qeyd edək ki, Finlandiya aprelin 4-də NATO-nun 31-ci üzvü oldu, Türkiye və Macarıstan isə İsveçin NATO-ya üzvlüyünü hələ təsdiq etməmişdilər.

Macarıstan naziri Szijjarto iyulun 5-də verdiyi açıqlamada Ankara ilə daimi təmasda olacaqlarını bildirib və Türkiyenin İsveçin Alyansa üzvlüyünə münasibəti dəyişərsə, Macarıstanın heç bir ölkənin NATO-ya üzv olmasına mane olmayacağını vurğulayıb.

Szijjarto iyunun 14-də bildirib ki, Macarıstan hökuməti İsveçin NATO-ya üzvlüyünü dəstəkləyir, lakin Stokholm hökumətinin ölkəsinə etdiyi “təhqirləri” nəzərə alaraq yekun qərar parlamentindir.

Bütün xəbərlər Facebook səhifəmizdə