"Ukrayna Rusiyanın mülki nəqliyyat gəmilərinə hücum etməyə cəhd edib" - İqor Konaşenkov

"Ukrayna Rusiyanın mülki nəqliyyat gəmilərinə hücum etməyə cəhd edib" - İqor Konaşenkov

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, Ukrayna Qara dənizdə Rusiyanın mülki nəqliyyat gəmilərinə hücum etməyə cəhd edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Konaşenkov hücumun bu gecə həyata keçirildiyini ifadə edərək deyib: "Kiyev rejimi Qara dənizin cənub-qərbində İstanbula gedən Rusiya mülki nəqliyyat gəmilərinə 3 pilotsuz döyüş texnikası ilə terror hücumuna cəhd etdi".

Pilotsuz texnikanın vaxtında aşkarlandığını deyən Konaşenkov, bu vasitələrin nəqliyyat gəmilərini müşayiət edən Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri tərəfindən məhv edildiyini qeyd edib.

Açıqlamada bildirilib ki, Rusiya Qara Dəniz Donanmasına məxsus “Sergey Kotov” və “Vasiliy Bikov” patrul gəmiləri bu gecə Sevastopoldan 340 kilometr cənub-qərbdə naviqasiya nəzarəti tapşırığını yerinə yetirib.

Bütün xəbərlər Facebook səhifəmizdə