ABŞ son 9 ildə Macarıstan pasportu verilmiş bir milyona yaxın əcnəbinin şəxsiyyətinin “kifayət qədər yoxlanılmaması” ilə bağlı narahatlıqlar fonunda Macarıstan vətəndaşlarına yeni səyahət məhdudiyyətləri qoyub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Budapeştdəki səfirliyi ABŞ-ın Macarıstan vətəndaşlarına tətbiq etdiyi yeni səyahət məhdudiyyətləri ilə bağlı bəyanat yayıb.
Açıqlamada sözügedən dəyişikliyin dərhal qüvvəyə minəcəyi və ABŞ-ın təhlükəsizlik narahatlıqları həll olunana qədər qüvvədə qalacağı, 1 avqust 2023-cü il tarixindən əvvəl verilən təsdiqlərin bu qərardan təsirlənməyəcəyi və məlumatlandırıldığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB