İran müsəlmanlara çağırış etdi

İran müsəlmanlara çağırış etdi

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvləri Quranın təkrar təhqir olunmasına icazə verilən ölkələrlə diplomatik münasibətləri kəsmək məsələsini nəzərdən keçirməlidirlər. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian deyib.

“Mən belə hadisələrin təkrarlanması halında bu cür hərəkətlərin beynəlxalq səviyyədə cinayət hesab edilməsi, İƏT nümayəndə heyətlərinin bu ölkələrə (İsveç və Danimarka – red.) göndərilməsi, günahkarların ciddi şəkildə cəzalandırılması və diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması və ya ümumiyyətlə kəsilməsi, idxal qadağalarının qoyulması təklifi irəli sürmüşəm”, - diplomat Twitter-də yazıb.

Qeyd edək ki, bazar ertəsi İƏT Xarici İşlər Nazirləri Şurası İsveç və Danimarkada Quranın açıq şəkildə yandırılması ilə bağlı onlayn iclas keçirib. İƏT-in Baş Katibi Hissein Brahim Taha Stokholm və Kopenhagenin Quranın daha çox təhqir olunmasının qarşısını almaq üçün tədbirlər görmədiklərindən və bu cür fəaliyyətlərə icazə verməyə davam etdiyindən məyus olduğunu bildirib. İƏT xarici işlər nazirləri irqçi hərəkatların və ifrat sağçı ekstremizmin canlanmasından narahat olduqlarını ifadə edən və ekstremist hərəkətlərə dərhal son qoyulmasını tələb edən qətnamə qəbul ediblər. Şura həmçinin beynəlxalq ictimaiyyəti dini simvolların, o cümlədən Quranın təhqir olunmasının qarşısını almaq üçün addımlar atmağa çağırıb.

İƏT Xarici İşlər Nazirləri Şurası Stokholmda baş vermiş insidentlərdən sonra - iraqlı mühacirlərin Salvan Momika və Salvan Najem, əvvəlki nümayişlərə görə onsuz da nifrətin qızışdırılması ittihamı ilə üzləşərək Quran səhifələrini yandırmalarından sonra toplanıb.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə