Qazaxıstanda elektron siqaretlərin istifadəsini tamamilə qadağan edən qanun layihəsi hazırlanır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan baş nazirinin müavini və maliyyə naziri Yerulan Camaubayev Nazirlər Şurasının həftəlik iclasından sonra jurnalistlərə açıqlamasında elektron siqaretlərin istifadəsini tamamilə qadağan edən qanun layihəsinin hazırlandığını bildirib.
Bunun milli təhlükəsizlik məsələsi olduğunu qeyd edən Camaubayev bunları deyib: "Elektron siqaretdən istifadənin fəsadları hələ tam araşdırılmayıb. Uşaqlarımız bundan istifadə edirsə, bu, milli təhlükəsizlik məsələsidir. Ona görə də bunu tamamilə qadağan edəcəyik".
Camaubayev, elektron siqareti qadağan edən qanunun qüvvəyə minməsi ilə hökumət olaraq mübarizəyə başlayacaqlarını bildirib. Maliyyə Nazirliyinin məlumatına görə, ölkədə elektron siqaret ticarəti 300 dəfə artıb. Xüsusilə gənclər arasında elektron siqaretdən istifadənin artdığı ölkəyə son 2,5 ildə 3 milyona yaxın elektron siqaret idxal edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB