"Twitter"in San-Fransiskodakı baş qərargahındakı nəhəng, parlaq "X" loqosu sakinlərin şikayətindən sonra yığışdırılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, San-Fransisko şəhərinin Bina Təftişi Departamenti, icazəsiz loqo dəyişdirilməsi ilə bağlı sakinlərdən 24 şikayət aldığını bildirib.
Rəsmilər qeyd edib ki, camaat “X” loqosunun təhlükəli olmasından və yaydığı işıqdan şikayətlənir. "Twitter"in baş ofisində loqonun dəyişdirilməsi ilə bağlı şikayətlər və icazə müzakirələri davam edərkən, klassik “quş” loqosunu əvəz edən “X” silinib.
San-Fransisko şəhər hökuməti daha əvvəl "Twitter"də "verilmiş işarə icazəsini pozduğu" üçün araşdırma açmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB