Məşhur gənc aktyor, “HBO” kanalında yayımlanan serial "Euphoria"nın aktyor heyətinin üzvü Anqus Kloud 25 yaşında vəfat edib. SİA Reuters agentliyinə istinadən xəbər verir ki, ailəsinin verdiyi açıqlamaya görə, o, atasının ölümündən bir neçə gün sonra ölüb.
Ölümün konkret səbəbi bildirilməyib, lakin ailəsinin yaydığı məlumatda deyilir ki, o, psixi sağlamlıq problemlərindən əziyyət çəkirdi və keçən həftə dəfn edilən atasının ölümündən ağır zərbə alıb.
Qeyd edək ki, onun oynadığı çox bəyənilən "Euphoria" şousu iki Emmi və Qızıl Qlobus da daxil olmaqla çoxsaylı mükafatlar qazanıb.
Müəllif: Aysel Naibli
Bütün xəbərlər Facebook səhifəmizdə