Qara dənizdə Rusiya patrul gəmiləri hücuma məruz qalıb

Qara dənizdə Rusiya patrul gəmiləri hücuma məruz qalıb

Üç pilotsuz dəniz gəmisi Rusiya Qara Dəniz Donanmasının “Sergey Kotov” və “Vasili Bıkov” patrul gəmilərinə hücum etməyə cəhd edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Rusların yazdığına görə, gəmilər Qara dənizin cənub-qərb hissəsində, Sevastopoldan 340 km cənub-qərbdə naviqasiyaya nəzarət üzrə tapşırıqları yerinə yetiriblər. Rusların Müdafiə Nazirliyindən bildirilib ki, hücumun dəf edilməsi zamanı düşmənin hər üç pilotsuz kateri Rusiya gəmilərinin standart silahlarından açılan atəşlə məhv edilib.

...Və Rusiya patrul gəmiləri öz tapşırıqlarını yerinə yetirməkdə davam edir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyası Müdafiə Nazirliyi iyulun 25-də Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz təyyarələrin gəmiyə hücumu ilə bağlı məlumat yaymışdı.

O da qeyd edilir ki, həmən vaxt da onların da hədəfi “Sergey Kotov” olmuşdu. İyunun əvvəlində isə Müdafiə Nazirliyi altı pilotsuz təyyarənin “Azov” gəmisinə hücum etməyə cəhd etdiyini açıqlamışdı.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə