“Bu səbəbdən Aİ Hind-Sakit okeanındakı varlığını gücləndirir və …”

Filippindəki Biznes Forumunda etdiyi çıxışda U.Leyen deyib ...
“Bu səbəbdən Aİ Hind-Sakit okeanındakı varlığını gücləndirir və …”

Avropa İttifaqı (Aİ) komissiyasının sədri Ursula von der Leyen xəbərdarlıq edib ki, Çinin hərbi güc nümayişi Cənubi və Şərqi Çin dənizlərində və Tayvan boğazında qlobal əks-səda doğura bilər.

SİA-nın əldə etdiyi məlumata görə, Filippindəki Biznes Forumunda etdiyi çıxışda U.Leyen Hind-Sakit okean bölgəsində milli təhlükəsizliyi gücləndirmək üçün Avropanın Filippinlə əməkdaşlıqları artıracağını söyləyərək deyib: "Çinin Cənub və Şərqi Çin dənizlərində və Tayvan boğazında hərbi güc nümayişi birbaşa Filippinə və bölgədəki digər tərəfdaşlarına təsir edir. Bu hərbi güc nümayişi qlobal əks-səda doğura biləcək. Dünyanın ən sürətlə inkişaf edən bölgəsi olan Asiyada regional sabitliyin zəifləməsi qlobal təhlükəsizliyə, azad ticarət axınına və bölgədəki maraqlarımıza təsir edir. Bu səbəbdən Aİ Hind-Sakit okeanındakı varlığını gücləndirir, "azad və açıq Hind-Sakit okeanı” niyyətini reallaşdırır.

Filippin və Aİ həm ticarət, həm də investisiyalar üzrə tərəfdaşlığı inkişaf etdirmək üçün böyük imkanlara malikdir. Sinqapur və Vyetnamla ticarət müqavilələri nəticə verib. Avropa digər ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) ölkələri ilə də azad ticarət sazişləri bağlamaq istəyir”.

Bütün xəbərlər Facebook səhifəmizdə