Ukrayna Rusiya Federasiyası ərazisindəki qanuni hədəfləri vurmağa davam edəcək. Hərbi hədəflərin yüksək konsentrasiyası Moskva və Moskva vilayətində yerləşir.
“Bu gün Moskvada çoxlu qanuni hərbi hədəflər var. Bizim raketlərimiz, pilotsuz təyyarələrimiz onları məhv etmək üçün oraya gedəcək və onları söndürməyə çalışan əyri Rusiya hava hücumundan müdafiə sistemi onları moskvalıların başına endirəcəklər”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu hərbi ekspert Roman Svitan deyib.
Qeyd edək ki, Svitan Ukraynanın zərbə hədəflərinin Moskva və Moskva vilayəti ilə yekunlaşmayacağını, bu zərbələrin şərq sərhədi boyunca - Belqorod vilayətinin Valuyki şəhərciyindən tutmuş Rostov-na-Donu və Taqanroqa qədər davamlı olacağını bildirib.
...Yaxın gələcəkdə həm Moskva, həm Moskvadakı hərbi obyektləri, həm də Ukrayna ilə şərq sərhədi uzaqmənzilli silahlara məruz qalacaq. Biz artıq çox ciddi silahları döyüş növbəsinə qoymuşuq. Bunlar həm də Moskvaya çatan pilotsuz təyyarələr.
Bunları deyən ukraynalı hərbi ekspertin sözlərinə görə, pilotsuz təyyarələr 100 kiloqrama qədər partlayıcı daşıya bilir ki, bu da əslində FAB-100 bombasıdır və “Volodyanı basdırana qədər” Moskvaya uçacaq.
Qeyd etdiyim kimi, bu sözlər də Roman Svitana məxsusdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB