Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının deputatlarına xarici siyasət məsələlərində göstərdikləri dəstəyə, eləcə də Xüsusi Hərbi Əməliyyat Zonasında əsgərlərimizə kömək etmək və yeni ərazilərin Rusiyaya inteqrasiyasında vahid mövqeyə görə təşəkkür edib.
“Mən görürəm ki, bir çox həmkarların sosial, iqtisadi, hətta bəzi daxili siyasi məsələlərin həllinə fərqli yanaşmalarına baxmayaraq, bütün siyasi partiyalar konsensusa malikdir. Rusiya dövlətinin özünün mövcudluğu ilə bağlı əsas, taleyüklü məqamlarda mən həmişə deputatların dəstəyini hiss edirəm, sizə təşəkkür etmək istəyirəm”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu deyən Rusiya lideri, hökumət və Dövlət Dumasının “Rusiyanın inkişafına fayda verəcək” həll yollarını tapa biləcəklərinə ümid etdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB