...İstanbulun şimal-şərqindəki Şilə rayonunda yerli sakin 28 partlamamış top mərmisi tapdıqdan sonra Sofular ictimai çimərliyi bağlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, dənizə girən yerli sakin dənizdə mərmi görüb və bu barədə səlahiyyətlilərə məlumat verib. Polis bütün istirahət edənlərdən çimərliyi tərk etməyi xahiş edib.
Verilən xəbərlərə görə, mərmilər iyulun 28-i səhər saatlarında aşkar edilib. Görüntüləri araşdıran ekspertlər belə qənaətə gəliblər ki, söhbət artilleriya mərmilərindən gedir.
Səlahiyyətlilər döyüş sursatının aşkarlandığı yerdən 1,2 km radiusda yaşayan vətəndaşlara məlumat verəcəklərini və bütün lazımi təhlükəsizlik tədbirlərini görəcəklərini vəd ediblər.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB