Böyük Britaniya siyahıya altı vətəndaşını əlavə etməklə Rusiyaya qarşı sanksiyaları genişləndirib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə rəsmi açıqlama Britaniya hökumətinin saytında dərc olunub.
Beləliklə, Rusiyada xarici media agenti kimi fəaliyyət göstərdiyi iddia edilən publisist Vladimir Kara-Murzanın cəzası ilə əlaqədar hakimlər Natalya Dudar, Yekaterina Doroxin və Vitali Belitskiy, prokurorlar Boris Loktionov və Anna Potıçko, habelə ekspert şahid Danila Mixeyevə qarşı yeni məhdudiyyətlər tətbiq edilib.
Məhkəmə Rusiya Silahlı Qüvvələrində saxtakarlıqların yayılması, dövlətə xəyanət və arzuolunmaz təşkilatın rəhbərliyi ilə bağlı 25 illik cəzanı qanuni hesab edib.
Rusların iddiasına görə, Donbasın mühafizəsi üzrə xüsusi əməliyyatın başladığı ilk gündən Qərbdən Rusiyaya qarşı artan sanksiya təzyiqləri davam edir. Moskva dəfələrlə qeyd edib ki, Rusiya iqtisadiyyatı bu zərbəyə ləyaqətlə dözüb və bütün sanksiyaların öhdəsindən gəlməkdə davam edir.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB