Prezident Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsinə hazırlıq və keçirilməsi haqqında sərəncam imzalayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq sənəd Hüquqi Aktların Rəsmi Portalında dərc olunub.
“Pobeda” Rusiya Təşkilat Komitəsinə federal icra hakimiyyəti orqanlarının, Rusiya Federasiyasının təsis qurumlarının icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ictimai birliklərin tədbirlərin hazırlanması və keçirilməsində fəaliyyətini əlaqələndirmək tapşırılsın.
1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş” fərmanda belə deyilir.
Hökumət üç ay müddətində bayram tədbirlərinin hazırlanması və keçirilməsi planını təsdiq etməlidir. Fərmanda xarici dövlətlərin başçılarının və xarici dövlətlərin hökumət başçılarının iştirakının təmin etməyin vacibliyi də qeyd edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB