Çin və BƏƏ ilk dəfə birgə hərbi manevrlər keçirəcək

Bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb...
Çin və BƏƏ ilk dəfə birgə hərbi manevrlər keçirəcək

Çin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri 2023-cü ilin avqust ayında ilk dəfə birgə hərbi manevrlər keçirəcək.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, təlimlər Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Bölgəsində keçiriləcək.

Təlimlər cari il üçün ikitərəfli ordulararası əməkdaşlıq planına uyğun olaraq reallaşacaq. "Bu, Çin-BƏƏ hava qüvvələrinin ilk təlimidir və iki dövlətin silahlı qüvvələri arasında praktiki əməkdaşlığın dərinləşdirilməsinə yönəlib", - məlumatda deyilir.

Bildirilir ki, manevrlər qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə töhfə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə