"Rusiya Abxaziyanı gürcülərdən azad edib"..?

Batumiyə gələn rusların kruiz gəmisi yenidən etiraz aksiyası ilə qarşılanıb
"Rusiya Abxaziyanı gürcülərdən azad edib"..?

Artıq xəbər verildiyi kimi, rus turistlərin olduğu “Astoria Grande” kruiz layneri bu gün səhər yenidən Batumiyə çatıb. Xatırladaq ki, layner iyulun 29-da Soçi-Trabzon-Batumi-Amasra-İstanbul-Soçi marşrutu ilə hərəkət edib.

SİA-nın əldə etdiyi məlumata görə, layner Gürcüstanda etiraz aksiyaları ilə qarşılanıb. Səhər saatlarında tələbələr, müxalifətçilər və vətəndaş fəalları Batumi limanına toplaşıblar.

Ərazidə metal hasarlar quraşdırılıb, təhlükəsizlik tədbirləri gücləndirilib.

“Azadlıq” radiosunun Gürcüstan xidməti Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən yazır ki, səhər tezdən polis 9 etirazçını saxlayıb.

Qeyd edək ki, laynerin sərnişinləri arasında Ukraynadakı müharibəni dəstəkləyən RU.TV kanalının ulduzları ilə yanaşı Rusiya prezidenti Vladimir Putinin tərəfdarları da olub.

Xatırladaq ki, “Astoria Grande” kruiz layneri bundan əvvəl iyulun 27-də də Batumi limanına daxil olmuşdu. Onu da qeyd edək ki, o vaxt gəminin göyərtəsində əksəriyyəti Rusiya vətəndaşları olmaqla 800-dən çox insan var idi,

Kruiz laynerinin Gürcüstana gəlməsi müxalifətdə və bir çox vətəndaşların hiddətinə səbəb olmuşdu. Rusiyalı turistlərin Gürcüstan mətbuatına verdikləri müsahibələrdə Rusiyanın işğalçı olmadığını deməsindən sonra Tbilisinin mərkəzində və Batumi limanında etiraz aksiyaları keçirilmişdirus.

Yeri gəlmişkən, o vaxt rusiyalı turistlərdən biri Rusiyanın Abxaziyanı gürcülərdən azad etdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə