Türkiyə-ABŞ münasibətləri müsbət istiqamətdə inkişafını davam etdirir

Türkiyə-ABŞ münasibətləri müsbət istiqamətdə inkişafını davam etdirir

Türkiyə ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında münasibətlər 2023-cü ildə də müsbət istiqamətdə irəliləməyə davam edəcək. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türk-Amerika İş Şurasının (TAİK) və Amerika Şirkətlər Dərnəyinin (AmCham Türkiyə) birgə bəyanatına görə, Türkiyə ilə ABŞ arasında ticarət həcmi son 12 ayda 31,3 milyard dollar səviyyəsinə çatıb.

200 ilə yaxın tarixə malik əlaqələr 2023-cü ilin ilk yarısında artan investisiyalar və Türkiyə bazarına yeni daxil olan ABŞ şirkətlərinin müxtəlif sektorlara marağı ilə sürət qazanmağa davam etdi.

Bəyanatda fikirlərinə yer verilən "AmCham" Türkiyə İşləri üzrə İdarə Heyətinin sədri Tankut Turnaoğlu Türkiyə ilə ABŞ arasında uzun müddətdir mövcud olan güclü əlaqələrin dünyanın ən mühüm və köklü strateji əlaqələri arasında yer aldığını bildirib və iki ölkə arasında strateji əlaqələrdə ticarət və investisiyaların əsas əhəmiyyətinə diqqət çəkib.

Turnaoğlu "AmCham" Türkiyə olaraq ölkə iqtisadiyyatına ildə 60 milyard dollar töhfə verən 125 ABŞ şirkəti təmsil etdiklərini və əsas məqsədlərinin Türkiyeni dünya bazarlarına daşıyan bir güc olmaq olduğunu vurğulayıb.

Turnaoğlu Türkiyedə yerləşən ABŞ şirkətlərinin Türkiyəni regional mərkəz kimi gördüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə