Müharibədən əvvəl “Forbes” jurnalının təqdim etdiyi 200 ən zəngin rusun azı 81 nəfəri hazırda Rusiya ordusunun təchizatında açıq şəkildə iştirak edirlər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu “Müharibə köpəkləri” layihəsinin təhqiqatında öz əksini tapıb. Qeyd edək ki, burada Ukrayna müharibəsi ilə bağlı rus oliqarxlarının oynadığı roldan bəhs edilir.
Nəşrin məlumatına görə, Ukrayna ilə hərbi münaqişənin bütün dövründə - 2014-cü ildən 2023-cü ilə qədər iş adamlarının Rusiya Müdafiə Nazirliyi ilə bağladıqları açıq müqavilələrin ümumi məbləği azı 220 milyard rubl təşkil edir.
Layihədə göstərilir ki, bu oliqarxlardan 80-i indi sanksiyalar altındadır. Lakin onlardan yalnız 14-ü Kiyevin müttəfiqlərinin bütün yurisdiksiyalarında, 34 iş adamı isə yalnız Ukraynada məhdudiyyətlərə məruz qalıb.
Qeyd edək ki, araşdırmada jurnalistlər, digərləri arasında Aleksey Mordaşovun (Severstal), Vladimir Potanin (Norilsk Nikel), Vaqit Ələkbərovun (Lukoyl), Mixail Fridmanın (LetterOne), Roman Abramoviçin (Millhouse), Gennadi Timçenkonun (Novatek), Əlişir Usmanovun (USM), Yuri Kovalçukun (Bank Rusiya), Arkadi Rotenberqin (Mostotrest) və s. adlarını çəkirlər.
Onu da qeyd edək ki, genişmiqyaslı hərbi işğala başlayandan sonra Kremlin siyasətinə qarşı çıxan yalnız bir oliqarx – “Tinkoff Bank”ın təsisçisi Oleq Tinkov olub. Maraqlıdır ki, o, Rusiyada yaşayarkən prezident Vladimir Putini dəstəklədiyini bəyan edərək, onu ömürlük hökmdar və imperator kimi görmək istədiyini bildirmişdi.
Lakin 2022-ci ilin oktyabrında Tinkov “Putin faşizmi ilə bağlı olmaq istəmədiyi” üçün Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayaraq aradan çıxıb.
Yeri gəlmişkən, bir həftə bundan əvvəl Böyük Britaniya iş adamına qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib.
Amma bütün digər oliqarxlar, bu və ya digər şəkildə Rusiya Silahlı Qüvvələrini maliyyələşdirərək, müharibənin demək olar ki, bir il yarımı ərzində ölümcül susqunluq nümayiş etdirirlər.
Təbii ki, məncə, onları da başa düşmək olar..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB