Sudanın hava məkanının bağlanması qərarı yenə uzadıldı

Sudanın hava məkanının bağlanması qərarı yenə uzadıldı

2023-cü ilin aprel ayından bəri vətəndaş müharibəsinin davam etdiyi Sudanda hava məkanının bağlanması qərarı daha 2 həftə uzadıldı.

SİA-nın əldə etdiyi məlumata görə, Sudan Mülki Aviasiya İdarəsi humanitar yardım və evakuasiya uçuşları istisna olmaqla, hava məkanının bağlanması qərarının avqustun 15-dək uzadıldığını açıqladı.

Xatırladaq ki, Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurmadan sonra çıxan vətəndaş müharibəsi səbəbindən aprelin ortalarında Sudan hava məkanı müntəzəm hava nəqliyyatı üçün bağlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə