Həddindən artıq istilər 17 nəfərin həyatına son qoydu

Həddindən artıq istilər 17 nəfərin həyatına son qoydu

Cənubi Koreyada həftəsonu boyunca davam edən isti hava səbəbi ilə 17 nəfər həyatını itirib, 73 nəfər isə günvurma şikayəti ilə xəstəxanalara müraciət edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Yonhap"ın Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatlarına əsasən ölkə daxilində mövsümi normaları aşaraq 35 dərəcəyə çatan temperaturun həyata mənfi təsir etdiyi vurğulanıb.

Səlahiyyətlilər qeyd edib ki, günvurma şikayəti ilə xəstəxanalara 73 nəfər müraciət edib. Koreya Meteorologiya İdarəsinin açıqlamasına görə, isti hava öz təsirini davam etdirəcək. Ölkə ərazisində temperaturun 35 dərəcəni keçəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə