Qərbi Afrika ölkəsinin baş naziri Ouhoumoudu Mahamadou “France 24” televiziyasına müsahibəsində ailəsi ilə birlikdə hərbi çevriliş zamanı ələ keçirilən Niger prezidenti Məhəmməd Bazumun vəziyyətinin yaxşı olduğunu və müsbət irəliləyişlərin olacağını gözlədiyini bildirib. SİA TASS agentliyinə istinadən xəbər verir ki, Mahamadou müsahibəni Parisdə olarkən verib. O, hərbi çevriliş zamanı ölkədən kənarda olan Nigeriyanın xarici işlər naziri Hassoumi Massoudunun özünü hökumət başçısı vəzifəsini icra etdiyini elan etməsinə baxmayaraq, prezident Məhəmməd Bazoumun hökumətinin başçısı olaraq qaldığını təsdiqləyib.
Qeyd edək ki, iyulun 26-da Nigerdəki hərbi üsyançılar prezident Məhəmməd Bazumun vəzifədən kənarlaşdırıldığını, milli sərhədlərin bağlandığını, komendant saatının tətbiq edildiyini və konstitusiyanın fəaliyyətinin dayandırıldığını, həmçinin siyasi partiyaların fəaliyyətinin qadağan edildiyini elan ediblər. İyulun 28-də onlar general Abdurahmane Çianinin dövlət başçısı olduğunu bəyan ediblər. Çevriliş zamanı Çiani prezident qvardiyasına rəhbərlik edib, onun bölmələri prezident Bazoumu ələ keçirib və onu əsir saxlamaqda davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB