"Ukraynanın hücumu uğurlu olarsa, biz nüvə silahından istifadə edəcəyik" - Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın Moskvaya pilotsuz təyyarələrlə hücumundan sonra nüvə silahı ilə bağlı qorxulu açıqlama verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada bunları deyib: “Təsəvvür edin ki, NATO ilə birlikdə həyata keçirilən hücum uğurlu alındı və torpaqlarımızın bir hissəsi işğal olundu. O zaman biz Rusiya prezidentinin fərmanının müddəalarına uyğun olaraq nüvə silahından istifadə etməli olacağıq”.
Başqa çarə olmadığını bildirən Medvedev qeyd edib: “Düşmənlərimiz dua etməlidir ki, dünya nüvə alovlarına bürünməsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB