Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu həftə keçiriləcək Ali Hərbi Şuranın toplantısında Türkiyə Silahlı Qüvvələrində yeni vəzifələr və təyinat məsələləri müzakirə olunacaq. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın Baş Qərargah rəisi vəzifəsinə təyin edəcəyi adın da Şuranın gündəmində olacağı gözlənilir.
İclasa Şura üzvləri sədrinin müavini Cevdet Yılmaz, ədliyyə naziri Yılmaz Tunç, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, daxili işlər naziri Əli Yerlikaya, milli təhsil naziri Yusuf Tekin, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, Quru Qoşunları Komandanı General Musa Avsever, Dəniz Qüvvələri komandanı Admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan qatılacaq.
İclasda polkovniklərin rütbəsinin artırılması, onların səlahiyyət müddətinin uzadılması, o cümlədən general və admiralların rütbəsi və təyinatı müzakirə olunacaq. Şuranın qərarları prezident Ərdoğanın təsdiqindən sonra həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB