Rusiyanın Moldovadakı səfirliyi konsulluq fəaliyyətini dayandıracaq - TARİX AÇIQLANDI
Moldovanın Rusiyadan diplomatik işçilərinin sayını 80-dən 25-ə endirmək qərarından sonra avqustun 15-dən Rusiyanın Moldovadakı səfirliyi konsulluq fəaliyyətini dayandıracaq. SİA xarici KİV-ə istinadən xəbər verir ki, səfirlikdən verilən açıqlamada, “texniki səbəblərə görə” avqustun 5-dən etibarən konsul təyinatlarının dayandırılacağı bildirilib.
Moldova Xarici İşlər Nazirliyinin sözçüsü İqor Zaxarov rus diplomatların persona non-qrata elan edilmədiyini bildirib və onlardan yalnız bərabərliyi təmin etmək üçün getmələri xahiş olunur deyilib.
Moldova Rusiyanın Moldovadakı səfirliyinin damında müşahidə məqsədilə iyirmidən çox antenanın yerləşdirildiyi barədə xəbərlərdən sonra Rusiya işçilərini ixtisar etmək qərarına gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB