Ruslar ukraynalılarla müqayisədə çox humanistdirlər..?

Bizim o qırçı Məhəmməd demişkən...iş yox, güc yox. Bəs, neyləməlidi?
Ruslar ukraynalılarla müqayisədə çox humanistdirlər..?

Keçmiş ABŞ kəşfiyyatçısı Skott Ritterin sözlərinə görə, ukraynalılar ruslara düşmən münasibət bəsləyirlər. Onun iddiasına görə, çünki ukraynalılara illərlə Rusiyaya nifrət etməyi öyrədiblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu fikri ABŞ-ın “Tour of Duty” YouTube kanalına müsahibəsində deyib.

Beləliklə, onun sözlərinə görə, guya bu, hazırda Ukrayna vətəndaşlarının ruslara qarşı qəddarlığının təzahürlərini, həmçinin rus mədəniyyətini qadağan etmək cəhdlərini izah edir.

“...Müasir Ukrayna millətçiliyi müasir Ukraynanın psixologiyasına öz rənglərini gətirir. Ukraynalı millətçilər Rusiyaya olan nifrətlərini onilliklər əvvələ hopdurdular və onu günümüzə çatdırdılar. Onlar müasir Ukrayna cəmiyyətinin ürəyinə sızmağı da bacardılar”.

Bunu bəyan edən Ritterin fikrincə, bütün ukraynalılar belə fikirlərə malik olmasalar da, lakin onların əksəriyyəti belə düşünür.

Amerikalı keçmiş kəşfiyyatçının sözlərinə görə, guya ruslar humanistdirlər, onlar ukraynalılara o qədər də nifrət hiss etmirlər, çünki “onları həmişə qardaş, özlərinə bərabər hesab ediblər”.

“Ona görə də rusların ukraynalılara, xüsusən də ukraynalı məhbuslara münasibəti tamam başqadır. Hətta əsir düşmüş nasistlərə də insan kimi yanaşırlar”.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Ritter, xüsusi əməliyyat zamanı Moskvanın obyektiv hərəkət etdiyiniŞ Kiyevin isə tələsdiyinə görə uduzduğunu bildirmişdi. Ritterin sözlərinə görə, Ukraynanın münaqişədə qalib gəlmək şansı yoxdur.

Bizim o qırçı Məhəmməd demişkən...iş yox, güc yox.

Bəs, neyləməlidi?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə