Rusiyada polis idarəsi PUA hücumuna məruz qalıb. Hadisə şahidləri Bryansk vilayətinin Trubçevsk şəhərində polis idarəsində partlayış baş verdiyini bildiriblər. SİA xəbər verir ki, bu barədə "Mash Telegram" kanalı məlumat yayıb. İlkin məlumatlara görə, binaya pilotsuz uçuş aparatı (PUA) çırpılıb.
“Binanın damı zədələnib, altı pəncərə sınıb”, – nəşr yazır.
Kanalın məlumatına görə, ölən və xəsarət alan olmayıb. Hazırda binanın ətrafındakı yollar bağlanıb, hadisə yerində əməliyyat qrupu işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB