Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bazar günü, iyulun 30-da Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Şimali Koreyaya səfəri zamanı Vladimir Putinin şəxsi mesajını Şimali Koreya lideri Kim Çen Ina çatdırdığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti xəbər verir.
Peskov xatırladıb ki, Sergey Şoyqu ilə Kim Çen Inın görüşündə təhlükəsizlik və müdafiə məsələlərinin müzakirəsi aparılıb.
Lakin Kremlin sözçüsü Vladimir Putinin mesajının məzmununu açıqlamayıb. Belə ki, o bunu şəxsi xarakterli adlandırıb.
Qeyd edək ki, bundan əvvəl Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Li Xunçjonun başçılıq etdiyi Çin Xalq Respublikasının partiya-hökumət nümayəndə heyəti KXDR lideri Kim Çen Inla görüş keçirdiyi də məlum olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB