Nigerdə minlərlə insan Fransa və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinə (ECOWAS) qarşı aksiyada iştirak edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, nümayişçilər Fransanın Nigerdəki səfirliyi qarşısında toplaşıb. Etirazçılar Fransa və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi əleyhinə şüarlar səsləndiriblər. Onlardan bəziləri Rusiya bayraqlarını da dalğalandırıb.
Qeyd edək ki, iyulun 26-da Nigerdə hərbçilər çevriliş edib. Onlar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB