Dili başlarına bəla olanlar...?

Novqorod Dövlət Universitetinin müəllimi, Arxeoloji Tədqiqatlar Elmi Mərkəzinin əməkdaşı Pavel Kolosnitsın universitetdəki işindən uzaqlaşdırılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, alim bu barədə öz “Facebook” səhifəsində məlumat verib.

Qeyd edək ki, ali məktəb müəlliminə qarşı protokol tərtib edilməsinə səbəb onun sosial şəbəkələrdə yaydığı səfərbərliklə bağlı yazı olub.

Belə ki, Kolosnitsın şəxsi “Facebook”da “səfərbərlik ölmək istəməyən insanların döyüşmək istəməyən insanları ölümə göndərməsidir” yazıb.

“Buna görə, məni dərsdən qovdular. Kafedra müdiri mənimlə müqaviləni yeniləməyəcəklərini dedi. Artıq mənim fənnimi başqa şəxs tədris edəcək”. Bunu da Kolosnitsyn yazıb.

Onu da qeyd edək ki, o, aprel ayında o, 30 min rubl cərimələnib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə