Rus yeniyetmələri arasında cinayətkarlıq artır

Rus yeniyetmələri arasında cinayətkarlıq artır

2022-ci ildə Rusiyada yeniyetmələr tərəfindən törədilən xüsusilə ağır cinayətlərin sayı 22,5 faiz artaraq son beş ildə maksimuma çatıb.

Bu barədə məlumat Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belovanın son bir ildə gördüyü işlərə dair hesabatında yer alıb.

Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanların iştirakı ilə törədilmiş xüsusilə ağır cinayətlərin sayı 22,5 faiz artaraq 2 256 fakt (2021-ci il – 1 841) təşkil edib:

“Bu, son beş ilin ən yüksək göstəricisidir. Eyni zamanda, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin ümumi sayı 2021-ci ildə 31,9 min hadisəyə qarşı 4,4 faiz azalaraq 30,5 min təşkil edib.

Cinayətlərin ümumi strukturunda yetkinlik yaşına çatmayanlar arasında cinayətlərin xüsusi çəkisi də 2022-ci ildə 3,1 faizdən 2,9 faizə qədər azalıb. Cinayət törətməkdə 26,3 min yeniyetmə iştirak edib ki, bu da bir il əvvəlkindən (29,1 min) 9,7 faiz azdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə