ABŞ dövlət katibi Entoni Blinken potensial nüvə müharibəsi təhlükəsi ilə bağlı fikirlərini bildirib. “60 dəqiqə” xəbər proqramının jurnalistləri siyasətçidən iki təhlükədən – nüvə müharibəsi və ya iqlim dəyişikliyindən hansının bəşəriyyət üçün ən böyük risklər yaratdığını soruşublar.
ABŞ dövlət katibi cavabında qeyd edib ki, burada “heç bir iyerarxiyadan danışmaq olmaz”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Blinken, diqqət mərkəzində olan bəzi şeylər, o cümlədən potensial münaqişə olduğunu bildirib. Eyni zamanda o, qlobal istiləşmə ilə bağlı problemləri hamımız üçün ekzistensial çağırış adlandırıb.
“Lakin bu, beynəlxalq nizam üçün başqa kəskin çağırışların olmaması demək deyil. Biz çoxşaxəli olmalıyıq”, - deyə ABŞ dövlət katibi bildirib.
Yeri gəlmişkən, dünən SİA-nın da yazdığı kimi, Blinken Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Şimali Koreyaya məzuniyyətə getməsindən şübhələndiyi gizlətməmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB