“Taliban” indi də əhalidəki musiqi alətlərini yığaraq məhv edir

“Taliban” indi də əhalidəki musiqi alətlərini yığaraq məhv edir

Əfqanıstanın qərbində Herat əyalətində İslami İrşad Nazirliyinin şöbəsi musiqi alətlərini müsadirə edərək yandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, nazirliyin nümayəndələri hər hansı musiqi alətinin satışının və istifadəsinin din tərəfindən qadağan olunduğunu bildirib, qanunu pozanların ciddi hüquqi nəticələrlə üzləşəcəyini qeyd ediblər.

Onların fikrincə, musiqi gəncləri yanlış yola sürükləyir. Beləliklə, əhalidən müsadirə edilən nağara və qarmonlar da məhv edilib.

Qeyd edək ki, “Taliban” hakimiyyətə gəldikdən sonra Əfqanıstanda avtomobillərdə musiqiyə və hicabsız qadınların daşınmasına qadağa artıq geniş yayılıb. Qadın səsindən istifadə edilən musiqi əsərləri də qadağan edilib. Bundan əlavə, Qəndəhar əyalətində televiziya və radio stansiyalarında qadın səsləri qadağan edilib.

İyulun əvvəlində “Taliban” Əfqanıstandakı bütün gözəllik salonları bağlatdırılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə