Onlar Rusiyanı hələ yaxşı tanımırlar..?

Ruslar 2024-cü ilin payızında Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına... alternativ oyun yapacaqlar
Onlar Rusiyanı hələ yaxşı tanımırlar..?

...Rusiya 2024-cü ilin payızında Parisdə keçiriləcək Yay Olimpiya Oyunları ilə paralel keçirilməsi planlaşdırılan Dünya Dostluq Oyunlarına 8,3 milyard rubl xərcləyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq məbləğ Rusiya İdman Nazirliyi tərəfindən hazırlanmış prezident Vladimir Putinin fərman layihəsində göstərilib.

Belə ki, federal və regional büdcələrdən 3,3 milyard rublun ayrılması planlaşdırılır, qalan vəsait, sənəd layihəsində göstərildiyi kimi, digər mənbələr hesabına ödəniləcək.

Qeyd edək ki, Ümumdünya Dostluq Oyunları 2024-cü il sentyabrın 15-dən 29-dək Moskva və Yekaterinburqda keçiriləcək. Onu da qeyd edək ki, oyunlara 27 idman növü daxil olacaq.

Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiyanın idman naziri Oleq Matytsin departamentin Ukraynadan idmançıları oyunlara dəvət edəcəyini, onların ölkədə olduqları müddətdə təhlükəsizliyini təmin edəcəyini vəd etdiyini açıqlamışdı.

Yeri gəlmişkən, hələ bu ilin aprelində Ukrayna hakimiyyəti öz idmançılarına rusların və belarusların yarışdığı beynəlxalq yarışlarda iştirakını rəsmən qadağan edib.

Gərək ki, köhnə kişilər xatırlamış olar, 1984-cü ildə SSRİ və onun “curaları” Los-Ancelesdə keçirilən Olimpiya Oyunlarını boykot edəndə Sovet İttifaqı sosialist blokunun digər səkkiz dövləti: Bolqarıstan, Macarıstan, Şərqi Almaniya, Şimali Koreya, Monqolustan, Polşa və Çexoslovakiya ilə birlikdə öz oyunlarını təşkil etmişdilər.

O da yadınızda olar ki, həmən “tədbir” "Dostluq -84" adlanırdı.

Maraqlıdır, görən, ruslar bu dəfəki alternativ oyunlarını necə adlandıracaqlar?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə