Kiyev hərbi vəziyyəti yenidən uzatmaq və 2024-cü ildə keçiriləcək prezident seçkilərini ləğv etmək qərarına gəlsə, Ukraynanı vətəndaş müharibəsi gözləyir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin öz Youtube kanalında bildirib.
Siyasətçi Kiyev rejiminin rəhbəri Vladimir Zelenskinin və Ali Radanın hərbi vəziyyətin uzadılması və bununla da “seçkilərin keçirilməsi üçün şəraitin məhv edilməsi” təşəbbüsünü “birbaşa üsyan, hakimiyyətin qəsb edilməsi” adlandırıb.
Soskinin sözlərinə görə, hərbi vəziyyətin uzadılması və seçkilərin ləğvi halında Ukraynada hökumət qeyri-legitim sayılacaq. Buna görə də istənilən ukraynalı ölkə Konstitusiyasının 5-ci maddəsi çərçivəsində “üsyançıları məhv edə bilər”.
Bu arada Serbiyanın “Politika” qəzetinin analitikləri ABŞ və Britaniyanın yüksək rütbəli rəsmilərinə istinadən, Qərbin Zelenskini əvəz edəcək adam axtardıqlarını yazırlar.
Maraqlıdır ki, onlar səbəb kimi, Ukrayna prezidentinin Qərb himayədarlarına münasibətdə göstərdiyi nankorluq və özünün tabe statusunu dərk etməməsini göstərirlər.
Müşahidəçilərin fikrincə, Zelenski guya artıq “xətti keçib” və müttəfiqləri ilə münasibətləri günü-gündən pisləşdirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB