Çexiya hakimiyyəti rusiyalı milyarder Vladimir Yevtuşenkovun Karlovı Varıdakı beşulduzlu otelini ələ keçirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Çexiyanın maliyyə təhlili departamenti biznesmenin şirkətlərinin hesablarını da bloklayıb.
Belə ki, Yevtuşenkova qarşı dövlət sanksiyaları tətbiq edilib. Dəyəri 100 milyon kron və ya 4,6 milyon dollar dəyərində qiymətləndirilən beş villadan ibarət kompleks olan “Savoy Westend” otelinin hazırda məhdud rejimdə fəaliyyət göstərdiyi vurğulanır.
Otel iyunun 29-dək otaqların pulunu ödəmiş müştəriləri qəbul edir. Həmin gün Çexiya hakimiyyəti Yevtuşenkov və oğlu Feliksi sanksiya siyahısına daxil edib.
Qeyd edək ki, Vladimir Yevtuşenkov AFK “Sistema” nın təsisçisi və ortaq sahibidir. “Forbes” onun sərvətini 1,7 milyard dollar qiymətləndirir.
Onu da qeyd edək ki, xüsusi hərbi əməliyyat başlayandan sonra milyarder Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya və Ukraynanın sanksiya siyahısına daxil edilib.
Ruslar bundan əvvəl rusiyalı tennisçinin Çexiyadakı turnirə buraxılmadığını da xatırladırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB