"Doksuri” qasırğası Çinin şərqindəki Futszyan əyalətinə azı 3 milyard yuan (təxminən 420 milyon ABŞ dolları) ziyan vurub, əyalətdən 363 min insan təxliyə edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “China Daily” qəzeti məlumat yayıb.
İlkin hesablamalara görə, 10 min hektardan çox kənd təsərrüfatı sahəsi zərər çəkib. 90 bina tamamilə dağılıb, daha 5 minə yaxın binaya ziyan dəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB